Adam Şif: “Federal büdcə Glendelin Erməni muzeyi üçün 950 min dollar nəzərdə tutub”
Konqresmen Adam Şif 2022-ci maliyyə ili üçün federal büdcəyə, Kaliforniyanın Glendel şəhərindəki Erməni Amerikan muzeyi və Mədəniyyət mərkəzinin inşasına və inkişafına dəstək üçün 950.000 dollar vəsait daxil edəcəyini bəyan edib.
“Erməni əsilli amerikalılar, ənənələrimizi, adətlərimizi və cəmiyyətlərimizi zənginləşdirən millətimizin ayrılmaz hissəsidir” – deyərək Adam Şif bəyan edib.
“Onların tarixi amerikantarixidir, ümid tarixi çətinliklər qarşısında , əzm və yeni təşəbbüs hekayəsidir. Erməni-amerikan muzeyi və Kaliforniya Mədəniyyət mərkəzi tarixin gələcək nəsillərə əbədiləşməni təmin edəcəkdir”.
Şif,50.000 kvadrat metrlik iki mərtəbəli bir binanın inşa ediləcəyi Glendelin Mərkəzi Parkının təməlqoyma mərasimində iştirak edib.
“Mənim üçün erməni-amerikan seçiciləriylə ədalət naminə işləmək böyük şərəfdir” – deyərək Şif muzey üçün büdcə ayırmaları barədə qeyd edib.
“Mən olduqca şadam ki, bu vacib mədəniyyət mərkəzinə olan investisiyalar dövlətin maliyyələşdirmə paketində tədbiq olunub.Və mən onun qəbuluna çatmağa var qüvvəmlə çalışacağam”.