Başlıcaİctimaiyyət
İran-Azərbaycan sərhədində 28 kiloqram narkotik müsadirə edilib
Azərbaycan sərhədçiləri son günlər İran-Azərbaycan sərhədində 28 kiloqramdan çox narkotik maddə müsadirə ediblər, bu barədə iyulun 19-da Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Narkotiklərin bir hissəsi Yardımlı, Cəbrayıl və Astara rayonlarında narkodilerlərin sərhədi qanunsuz keçməsinin qarşısı alınarkən müsadirə edilib.
Bütün hallarda narkodilerlər sərhədçiləri gördükdə yüklərini atıb İrana geri qaçıblar. Yardımlı rayonunda sərhəd pozuntusu yerində 7 kiloqramdan çox marixuana və gecə görüş aləti, Cəbrayıl rayonunda 11 kiloqramdan çox, Astara rayonunda isə 9 kiloqramdan çox müxtəlif növ markotik maddə götürülüb.