
Ermənistan Konstitusiya məhkəməsi Mərkəzi Seçki Komissiyasının iyunun 27-də olan seçki nəticələrini ümumiləşdirmək qərarını dəyişdirməməyə qərar verdi.
İyulun 2-də “Hayastan” və “Pativ unem” blokları, “Zartonk”, “Hayots Hayrenik” partiyaları iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərininnəticələrini ləğv etmək üçün Konstitusiya məhkəməsinə müraciət etmişdilər.
ER Konstitusiya məhkəməsi iyulun 9-dan iyulun 14- üdə daxil olmaqla iyunun 20-də keçirilən seçkilərin nəticələrini qnunsuz tanınmasıyla bağlı 4 siyasi qüvvənin şikayətini araşdırmışdır.
Mərkəzi Seçki Komissiyası bu işə cavabdeh tərəf qismində cəlb olunmuşdur.Onlarla yanaşı cavabdehlər qismində ER prokurorluğu və Televiziya və Radio komitəsi olub.
8-ci çağırışda parlamentdə 107 deputat olacaq ki, ondan “Kağakatsiyakan paymanagir” – 71, “Hayastan” – 29, “Pativ unem”- 7 deputatdır.