Rusiya sülhməramlıları Artsaxın Maçkalaşen kəndində humanitar aksiya keçiriblər

Rus sülhməramlıları xeyriyyə fondu ilə birlikdə sərhəd xəttinin yaxınlığında yerləşən Martuni rayonunun Maçkalaşen kəndində humanitar aksiya həyata keçiriblər.
“Bu gün Maçkalaşen kəndində humanitar aksiya keçirildi. Bu müddət ərzində üçü çoxuşaqlı 14 məcburi köçkün ailəsinə humanitar yardım verilib”,- deyə Humanitar Yardım Mərkəzinin zabiti Ruslan İvanov qeyd etdi.
Sülhməramlılar yerli əhali ilə də ünsiyyət qurdular, yaşayış məntəqələrini yoxladılar.
“Hazırda kənddə 415 nəfər yaşayır. Əsasən bağlarda və tarlalarda işləyirlər. Əlbətdə ki, bu çox yaxşı bir işdir, 14 ailəyə yemək və mətbəx qabları verildi. Bu aksiya rəhbərinə təşəkkür edirəm”,-Maçkalaşen kəndinin icra hakimiyyət başçısı Lernik Avanesyan deyib.
Rus sülhməramlıları Artsax əhalisinə artıq 220 tondan çox humanitar yardım verdilər.