
İyulun 17-də ER və RF Silahlı qüvvələri arasındakı qərargah danışıqları təhlil olunub. Ermənistanda 5 günlük səfərdə olan RF Silahlı qüvvələri Baş qərargah rəisinin müavini general-polkovnik Sergey İstrakovun rəhbərlik etdiyi nümayəndə heyəti danışıqların nəticələrini təqdim etdi və atılacaq addımlar üzərinə diqqəti cəmləşdirdi.
ER Silahlı qüvvələri Baş qərargah rəisi general-leytenant Artak Davtyan, RF Silahlı qüvvələri nümayəndə heyətinə sıx əməkdaşlığa görə təşəkkür etdi.
Ermənistan-Rusiya ikitərəfli hərbi əməkdaşlığının inkişaf etmiş aspektləri müzakirə edildi, əməkdaşlıq memorandumu imzalandı.