ArtsaxBaşlıcaSiyasət

Tarix coğrafi və siyasi adı bir əsrlik tarixə sahib olan ölkənin güclü nöqtəsi ola bilməz

ER Xarici İşlər Nazirliyi dünən Azərbaycan XİN-in nümayəndəsinin Ermənistanın ərazi bütövlüyü qarşı iddialarına cavab verib.

“Azərbaycan tərəfi Ermənistana qarşı ərazi və tarixi saxta tələblər irəli sürməklə bir tərəfdən Qarabağ münaqişəsini beynəlxalq gündəmdən çıxartmağa, digər tərəfdən isə bölgədəki təhlükəsizlik və sabitlik üçün yeni təhdidlər yaratmağa çalışır.

Bu saxta gündəmə haqq qazandımağa çalışan Azərbaycan tərəfi 9 noyabr üçtərəfli bəyanatı saxtalaşdırmaqdan çəkinmir. Yuxarıda göstərilən sənədin məntiqindən irəli gələrsək, erməni köçkünlər Naxicevan, Gandzak, Bakı, Sumaqyıt və indiki Azərbaycanın ermənisiz qalan digər ərazilərinə qayıtmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistana qarşı olan tarixi tələblərinə gəlincə, Azərbaycanın “tarixi” tərifinin meyarlarını başa düşmək bizim üçün çətindir. Bir daha xatırlatmalıyıq ki, tarix heç vaxt həm coğrafi, həm də siyasi adı ilə bir əsrlik tarixə sahib olan ölkənin güclü nöqtəsi ola bilməz, azərbaycanlı adı isə ondan da yenidir.

Azərbaycan rəhbərliyinin erməni və azərbaycan xalqları arasında davamlı düşmənçilik səpmək və qorumaq səyləri regional sülh və təhlükəsizlik üçün davamlı təhdiddir. Ermənistanı revanşizmdə ittiham etməkdən əvvəl, Azərbaycan beynəlxalq ictimaiyyətə Bakının “qənimətlər parkı”nın mənasının nə olduğunu izah etməlidir. Bu revanşizm və nifrətin biabırçı “abidə”sindən başqa bir şey deyil.

Ermənistan, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılması, etnik təmizləməyə məruz qalan Artsax ərazilərinin işğaldan azad edilməsi və 9 noyabr tarixli üçtərəfli bəyanata əsasən erməni əhalisinin o ərazilərə geri qaytarılması istiqamətində ardıcıl fəaliyyət göstərməyə davam edəcək. Sadəcə ATƏT-in Minsk qrupunun həmsədrliyi altında Qarabağ sülh prosesinin bərpası bölgədə uzunmüddətli sülh üçün ilkin şərtlər yarada bilər”,- deyə bəyanatda qeyd olunur.

Daha çox göstər
Back to top button