Ermənistan Respublikasının Ombudsmanı Arman Tatoyan Avropa Parlamentinin fransalı deputat, Xarici əlaqələr komitəsinin Təlükəsizlik və Müdafiə Alt Komitəsinin sədri, Avropa Parlametində “La Republique en Marche” partiyasının nümayəndəliyinin rəhbəri Natali Luazonu qəbul edib. Bu barədə ER İHM ofisindən məlumat verilib.
Arman Tatoyan Azərbaycan silahlı qüvvələri tərəfindən ER sərhəd sakinləri hüquqlarının pozulmasına dair dəlillər təqdim edib.
Azərbaycan hərbçilərinin bu cinayət əməlləri Ermənistan Respublikası vətəndaşlarını yaşamaq, əmlaka sahib olmaq, digər həyati hüquqlardan, heyvandarlıq ilə məşğul olmaq və ailə gəlirləri əldə etmək imkanlarından məhrum etmək məqsədi daşıyır.
Görüş zamanı İnsan Hüquqları Müdafiəçisi Azərbaycanda saxlanılan erməni əsirlərin geri qaytarılmasının aktuallığına toxunub və onları “terrorçu” və ya “təxribatçı” kimi təqdim etməyin beynəlxalq tələbləri kobud şəkildə pozduğunu bildirib. O qeyd edib ki, Ermənistan tərəfinin əsir götürülmüş bütün hərbi qulluqçularının və mülki şəxslərinın əsir statusu var və onlar heç bir siyasi və ya digər şərt olmadan dərhal sərbəst buraxılmalı və vətənlərinə qayıtmalıdır. Azərbaycan hakimiyyəti bu prosesi süni şəkildə təxirə salır və siyasiləşdirir, əsirlərin və ailələrinin hüquqlarını kobud şəkildə pozur, onların əziyyət çəkməsinə səbəb olur və cəmiyyətdə gərginlik yaradır.
Müdafiəçi, eyni zamanda 2020-ci ilin oktyabr-noyabr aylarında Artsaxdakı müharibə zamanı Azərbaycan silahlı qüvvələrinin törətdiyi müharibə cinayətlərini təqdim edib.
Görüşün sonunda tərəflər insan hüquqlarının qorunması sahəsində əməkdaşlıq barədə razılığa gəliblər.