
Ermənistan-Azərbaycan sərhədində nisbətən sakitdir. Bu barədə “Civic.am”a ER Müdafiə nazirliyindən məlumat verilib.
Bir neçə gün əvvəl duman səbəbindən itkin düşən iki hərbçi barədə suala cavab olaraq Müdafiə nazirliyindən bildirilib ki, hərbçilər hələ tapılmayıb və onların əsir götürülməsinin mümkünlüyünü öyrənmək üçün Azərbaycan tərəfi ilə iş aparılır.
Geğarkunik bölgəsindəki Kut icmasının rəhbəri Sima Çitçyan deyib ki, iki gündür, sakitdir, hətta Kutda atəş səsləri eşidilmir.
Yerasx icmasının rəhbəri Radik Oğikyan hələ də xəstəxanada olduğunu qeyd edib.