Başlıcaİctimaiyyət

Ermənistan “Dubai EXPO-2020” dünya sərgisində iştirak edəcək

2021-ccci ilin oktyabrın 1-dən 2022-ci ilin martın 31-dək BƏƏ-nin Dubay şəhərində Dubai Expo 2020 sərgisi keçiriləcək. Ermənistan da “DUBAI EXPO-2020” dünya sərgisində öz pavilyonu ilə iştirak edir.

Bu dünya sərgisində 192 ölkədən iştirakçılar olacaq. Tədbir dünyanın ən böyük və ən qədim tədbiri hesab olunur. İndiyə kimi təşkil olunan sərgilər arasında rekorddur. Təşkilatçılar gözləyirlər ki, yerli və xarici qonaqlardan təxminən 25 milyon ziyarətçi olacaq.

“DUBAI EXPO-2020” beynəlxalq sərgisi müxtəlif ölkələrin mədəni, təhsil, elmi, iqtisadi dəyərlərini və irsini təqdim edəcəkdir. Sərgidə hər nümayəndə heyəti 11 fərqli mövzuda təqdim ediləcək.

“DUBAI EXPO-2020” tədbirdə “Made in Armenia” sərgisi təşkil ediləcək. Bu, yalnız erməni mallarını və xidmətlərini dünya bazarında təqdim etmək deyil, həm də işgüzar əlaqələr qurmaq, xarici tərəfdaşlar və investorlar tapmaq imkanı verəcək.

Ermənistan etnik xüsusiyyətləri və texnoloji ambisiyalarını təqdim edəcək.

Daha çox göstər
Back to top button