
Erməni şahmatçı Hayk Martirosyan Dünya kubokunda Azərbaycanın ən güclü şahmaçısı Şəhriyar Məmmədyarovu məğlub etdi.
Soçidə keçirilən Dünya Şahmat Kubokunun üçüncü turunda Martirosyan və Məmmədyarov tay-brekdə mübarizə apardılar və sürətli şahmatın ilk oyununda Hayk Martirosyan azərbaycanlı şahmatçını məğlub etdi.
Qrosmaster Hayk Martirosianın Dünya kubokunun 4-cü turundakı növbəti rəqibi xorvat Ante Briçdir.
Qeyd edək ki, bu il Rusiyanın Soçi şəhərində Dünya Şahmat Kuboku keçirilir. Kişilər turnirində 206, qadınlar turnirində isə 103 iştirakçı var.