
Hərbi ekspert Mher Hakobyan, jurnalistlə görüşündə Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsindəki vəziyyətə toxunub.
Azərbaycan tərəfi sərhəddə vəziyyəti gərginləşdirməklə ER rəhbərliyi üzərinə təzyiq göstərir.
Belə bir fikri hərbi ekspert Mher Hakobyan jurnalist ilə görüşərkən bəyan edib.
Güzəştlərdən biri də belə adlanan “Zəngəzur dəhlizi” ilə əlaqəli məsələdir Burada olduqca mühümdür ki, maraqlı tərəf olan beynəlxalq oyunçular necə reaksiya verəcək.
“Dəhliz məsələsi olduqca mürəkkəb, çoxməzmunlu və böyük bir maraq toqquşmasına səbəb olan bir problemdir.
Məsələn, Rusiya tərəfinin bu məsələdəki marağı, nə qədər ziddiyyətli fikirlər olsa da, birmənalı deyil.İran tərəfi də maraqlı deyil.
Burada yalnız türk-azərbaycan tərəfidir maraqlanan .Amma məsələ burasındadır ki, bu oyunçular öz mənafelərini necə irəliyə apara bilər və praktik səviyyədə bunları qorumağı bacarar” – deyərək o qeyd edib.
“Mən əmin deyiləm ki, düşmən Yeraxs bölgəsində düşmən irəliləyiş etmək üçün nəsə etsin.Bununla belə bəzi local zona yaradılır” – deyərək o, qeyd edib.
Mütəxəssis, müharibədən sonrakı dövrdə Ermənistan-Azərbaycan ordularının potensialını aydın şəkildə təhlil etməkdə çətinlik çəkir.
“Müharibə zaman baxımından bir qədər gözlənilmədən bitdi, biz Ermənistan-Azərbaycan ordularının bu müddətdə nə itirdiyini və ya qazandığını dəqiq deyə bilmərik” – deyərək Hakobyan əlavə edib ki, geniş miqyaslı eskalasiya ehtimalı istisna olunmur.
Xatırladaq ki, iyulun 19-da Azərbaycan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Yerasx hissəsindəki erməni mövqelərinə müxtəlif çaplı odlu silahlarla saatlarla atəş açıblar. Mütəmadi olaraq qumbaralardan istifadə olunurdu.
Yerasx icmasının başçısı Radik Oğikyan, Yerasx mövqelərində düşmənin açdığı atəş nəticəsində çiynindən yaralanıbdır.