AİHM “Balayan Azərbaycana qarşı” qərarını açıqlayıb

Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı növbəti qərarında qeyd edib ki, Bakı yolunu azmış və Azərbaycan ərazisinə keçmiş Badalyanı 2009-2011-ci illərdə işgəncə verib və qanunsuz olaraq azadlıqdan məhrum edib. Bu barədə öz “Facebook” səhifəsində Ermənistan Respublikasının Avropa İnsan Hüquqarının Məhkəməsindəki nümayəndəsi Liparit Drmeyan yazıb.
Avropa Məhkəməsinin qərarına əsasən, Azərbaycan A. Badalyana mənəvi ziyan olaraq 30.000 avro ödəməlidir.
AİHM-nin qərarında deyilir ki, 2009-cu il mayın 9-da ərizəçi Azərbaycan qüvvələri tərəfindən əsir götürülüb. Qohumları Ermənistan hakimiyyəti ilə əlaqə saxlayıb, bundan sonra o, Ermənistanda itkin kimi qeydiyyata alınmış və axtarış başladılmışdır.
Ancaq 2010-cu ilə qədər onun olduğu yer ailə və Ermənistan rəhbərliyi tərəfindən məlum deyildi. 2010-cı il noyabrın 5-də, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) onu Azərbaycanda erməni əsiri kimi qeydə alıb. Bundan sonra BQXK 2011-ci ilədək mütəmadi olaraq həbsdə olan ərizəçini ziyarət edib. Martın 17-də o, əsirlərin mübadiləsi çərçivəsində BQXK vasitəsilə Ermənistana qayıdıb.