BaşlıcaSiyasət

Menendes ABŞ dövlət katibinin müavin namizədi yanında 907-ci düzəliş məsələsini qaldırdı

ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendes, Prezident Co Biden administrasiyası tərəfindən “Azadlığa Dəstək Aktının” 907-ci düzəlişindən imtina etmə qərarından narahatlığını dilə gətirdi. Bu barədə ABŞ-dakı Hay Dat Komitəsi məlumat yayıb.

“Azərbaycan indi sərhəd mübahisəsi nəticəsində Ermənistanın fiziki ərazilərinə girib. Düşünürəm ki, bunun qəbuledilməz olduğuna dair açıq reaksiya olmasa, onlar aqressiv davranışlarına davam edəcəklər”,-Menendes qeyd etdi.

Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin müavini vəzifəsinə namizəd Keren Donfrayd isə cavab olaraq deyib ki, bu məlumat təsdiqlənərsə, Menendes və Senatının Xarici Əlaqələr Komitəsi ilə sıx əməkdaşlıq edəcəkdir.

“Azərbaycana göstərəcəyimiz hər hansı bir yardımın güc tarazlığını heç bir şəkildə pozmamasına, Dağlıq Qarabağ münaqişəsinin həllinə sadiq olduğumuza əmin olmalıyıq”,-Donfrayd qeyd etdi.

Daha çox göstər
Back to top button