
Şəxsi heyətin səhra hazırlığının səviyyəsini yüksəltmək üçün iyulun 21-də 4-cü hərbi hissəyə tabe olan hərbi hissələrdən birində mühəndis bölmələrinin hərbi qulluqçuları ilə peşə təlimi keçirilmişdir. Bu barədə ER Müdafiə Nazirliyi məlumat verir.
Minaların təmizlənməsi, mina partlatma işləri ilə bağlı praktik tapşırıqlar yerinə yetirilmiş, müasir minaaxtaranlar və minalardan təmizlənmə dəstləri öyrənilmişdir.