
İyulun 20-də Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Armen Griqoryan Ermənistanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərini qəbul etdi. Bu barədə ER XİN məlumat yayıb.
Görüşün əsas mövzusu Azərbaycanın Ermənistanın suveren ərazisinə təcavüzü nəticəsində yaranan vəziyyət, xüsusən də Azərbaycan silahlı qüvvələrinin Syunik və Geğarkunik bölgələrinə zorla daxil olunması, habelə Ararat rayonunun Yerasx kəndində yeni bir gərginlik mənbənin yaradılması idi.
Armen Grigoryan qeyd etdi ki, bu hərəkətlərə paralel olaraq rəsmi Bakı Ermənistana qarşı saxta ərazi-tarixi iddialarla çıxış edir. Bunlar Azərbaycanın Ermənistana qarşı olan işğalçı niyyətləriniaçıq şəkildə göstərir.
Armen Grigoryan vurğuladı ki, beynəlxalq ictimaiyyətin Artsax xalqına qarşı güc tətbiqinin, kütləvi vəhşiliklərə, o cümlədən etnik təmizləməyə qeyri-adekvat cavabı Azərbaycanı regional təhlükəsizliyi və sülhü təhdid edən siyasət yürütməyə təşviq etdi.
“Ermənistan Respublikası və bütün erməni xalqı bu cür hüquqlarının pozulmasına dözməyəcək. Bu gün ER Silahlı Qüvvələri Ermənistanın ərazi bütövlüyünə zəmanət vermək vəzifələrini tam yerinə yetirirlər”,- deyə Aremen Grigoryan qeyd etdi.
Armen Grigoryan onu da qeyd etdi ki, Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdiyi yanaşmalara əsaslanaraq öz müqəddəratını təyinetmə hüququ da daxil olmaqla, həmsədrlərin hazrıladığı prinsipləri Qarabağ sülh prosesinə cəlb etməyə hazırdır.