
ABŞ-ın ən böyük inteqrasiya edilmiş enerji şirkəti olan “Chevron”un bölməsi olan “Chevron BTC Pipeline” Azərbaycandakı ofislərini bağlayır.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, “Chevron” hazırda Azərbaycanda heç bir layihədə iştirak etmir.
Xatırladaq ki, şirkət Azəri, Çıraq yataqları və Günəşli (AÇG) və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin dərin su hissəsinin işlənməsi layihələrində pay sahibi olub.
2019-cu ilin noyabrında “Chevron”, aktivlərini Macarıstan MOL-a 1,57 milyard dollara satdı.