
Hökumət 2021-ci il büdcə layihəsində dəyişiklik etdi. Ərazi İdarəetmə və İnfrastrukturlar Nazirliyinə 50,7 km yolun yenidən qurulması üçün 8,9 milyard dram ayrıldı.
Ərazi İdarəetmə və İnfrastrukturlar nazirinin vəzifəsini icra edən Suren Papikyan qeyd edib ki, bu yolların 44.9 km-i dövlətlərarası, 1.7 km-i respublika, 4.15 km-i isə regional əhəmiyyət daşıyır.
Dövlətlərarası yollardan Yerevan-Yerasx-Goris-Meğri-İran yolu, Yerevan-Sevan-İcevan-Azərbaycan yolu və Sevan-Martuni-Getap yolu, Xor Virap yolu, Artik-Anuşavan-Panik yolunun bir hissəsi bərpa olunacaqdır.
“Ümumiyyətlə, yol tikintisi bizim üçün önəmli bir istiqamətdir. Yolların keyfiyyətində gözə çarpan irəliləyişlər var, amma 2018-ci ildə danışdığımız məqsədə hələ çatmamışıq. Söhbət tamamilə yeni bir yol keyfiyyəti standartına çatmaqdan gedir”,-deyə Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qeyd etdi.