BaşlıcaSiyasət

“Hayastani Hanrapetutyun” gündəlik qəzeti: “Güc və güc təhdidi həll yollarını diktə etməməlidir”

“Saxta sülh təbliğatı fonunda Azərbaycan silahlarını artırmağı və müxtəlif hərbi təlimlərdə fəal iştirak etməyi davam edir. Bütün bunlarla yanaşı, Artsaxın işğal olunmuş  rayonlarında hərbi mövcudluğunu da artırır.

Dünən Azərbaycan MN  verdiyi açıqlamaya görə, işğal altındakı Martuni rayonunda döyüş əməliyyatlarında iki yeni modullu hərbi hissə istifadəyə verilib.

Hərbi hissə  həmin ərazidə hərbi növbətçilik və  qoşunların xidmətini təşkil etmək, eləcə də eləcə də şəxsi heyəti layiqincə    məişət şəraitlərini təmin etmək üçün nəzərdə tutulub.

Qeyd olunur ki,  digər ərazilərdə yenə  yeni hərbi  bölmələrin inşaatı  gedişatdadır.Məlumdur ki,  Azərbaycan iyulun 26-dan avqustun  6-na kimi Gürcüstan ərazisində  keçiriləcək   “Agile Spirit” beynəlxalq təlimlərdə iştirak edəcək ki, onlar da Avropada ABŞ dəniz qüvvələri korpusu və gürcü silahlı qüvvələrinin  hərbi təlimləridir.

Azərbaycanın hərbi potensialının artmasının ünvan sahibi Ermənistandır.Sanki  bəzən həm bizim, həm də beynəlxalq ictimaiyyət tərəfindən  bu il mayın 12-dən  Azərbaycanın silahlı qüvvələri böyük sayda   əskərlərlə və hərbi texnikayla ER  süveren ərazisində mövqe tutuqlarını unutmuşlar”.

Daha çox göstər
Back to top button