
Livan gündəlik “Azdak” qəzetinin baş redaktoru Şahan Qantaharyan, Azərbaycanın Şimali Kipri tanıma ehtimalını şərh etdi.
“Armenpress”-ə müsahibədə Qantaharyan deyib ki, Ankara Bakını Şimali Kipr məsələsinə daxil etməyə çalışır. Maraqlıdır ki, indiyə qədər Azərbaycanı təmsil edən heç bir nümayəndə heyəti Kiprin işğal olunmuş ərazisini ziyarət etməyib və ümumiyyətlə Bakı Şimali Kiprin tanınması barədə danışmaqdan çəkinib.
“Bakının bu davranışı aydın idi․ Əgər belə bir addım atılsaydı, bəzi dövlətlər əks tədbirlər ala və Azərbaycanın qorxduğu Artsax Respublikasının tanınması ilə təhdid edə bilərdilər. İndi vəziyyət dəyişdi. Artsax müharibəsindən və Şuşidə imzalanmış Ankara-Bakı bəyannaməsindən sonra Ankara Bakını xarici siyasətinin bütün istiqamətlərinə daxil edir. Bu, Azərbaycanın müstəqil siyasətini tamamilə itirməsini göstərir”,-deyə o qeyd etdi.
Onun sözlərinə görə, bu vəziyyət Artsax Respublikası ilə bağlı yeni bəyanatlar üçün ilkin şərtlər yaradır.
“Hər şeydən əvvəl, Aİ, Ərdoğanın Şimali Kiprə səfərinə işarə edərək beynəlxalq hüquqa zidd birtərəfli hərəkətlərdən çəkinməyin lazım olduğunu vurğulayırlar. Ankaranın beynəlxalq normaları pozduğu hər addımına qarşı cavab olacaq․ Bu vəziyyətdə əks tədbir Azərbaycanı da vuracaq, Bu məntiqlə, Artsaxın status məsələsinə dair bəyanatlar eşidiləcəkdir.
Şimali Kiprin tanınmasının Bakının maraqlarına uyğun olduğunu düşünmürəm. Əliyev nə qədər Artsax məsələsinin keçmişdə qaldığını elan etsə də, məsələnin hələ həll olunmadığını çox yaxşı bilir”,-deyə Qantaharyan vurğuladı.