BaşlıcaSiyasət

Bakı təxribatları beynəlxalq ictimaiyyət tərəfindən layiqli cavab almalıdır: Armen Qrigoryan

ER Xarici işlər naziri vəzifəsini icra edən Armen Qrigoryan, BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında keçirilən davamlı inkişafa dair yüksək səviyyəli siyasi forumda bildirib ki, Azərbaycanın təxribatları beynəlxalq ictimaiyyətdən layiqli cavab almalıdır.

Qrigoryan qeyd edib ki, pandemiya dövründə BMT Baş katibinin qlobal atəşkəs çağırışını və Təhlükəsizlik Şurasının 2532 saylı qətnaməsini nəzərə almayan Azərbaycan, Türkiyənin birbaşa dəstəyi ilə suriyalı və liviyalı silahlıların iştirakı ilə Dağlıq Qarabağa qarşı geniş miqyaslı təcavüzə başladı, Dağlıq Qarabaın zorla işğal edilmiş əraziləri etnik təmizləməyə məruz qalıb və əhali müharibə cinayətlərinin və kütləvi vəhşiliklərin qurbanı olub.

Qrigoryan hücumun 44 günü ərzində Azərbaycan ordusunun beynəlxalq hüquq normalarını kobud şəkildə pozduğunu, erməni mədəni və dini irsi məhv etdiyini xatırlatdı.

“Bu günə qədər Azərbaycan erməni əsirlərini geri qaytarmaqdan imtina edərək, Ermənistanın suveren ərazilərini ələ keçirməyə çalışır və ərazi iddiaları irəli sürür, beynəlxalq humanitar missyaların Artsaxa girişinə mane olur”,- deyə Armen Qrigoryan, bu təxribatların beynəlxalq ictimaiyyətdən lazımi cavab almalı olduğunu vurğuladı.

Daha çox göstər
Back to top button