BaşlıcaEkonomikaİctimaiyyət

2020-ci ildə Azərbaycanın turizm gəliri 7 dəfə azalıb

Koronavirus pandemiyasından ən çox zərər çəkən sahələrdən biri də turizmdir. Ümumdünya Turizm Təşkilatının məlumatına görə, ötən il cəmi 384 milyon turist səyahətə çıxıb.

Amerikanın Səsi yazır ki, turizm sahəsi özəlliklə devalivasiyasonrası illərdə Azərbaycan iqtisadiyyatı üçün daha mühüm istiqamət olmağa başladı.

Bu səbəbdən, son illərdə turizm sahəsi ölkəyə neft satışından sonra ən çox valyuta gətirən istiqamətlərdən biri kimi diqqət çəkirdi. Ancaq ötən il, bütün dünyada olduğu kimi, Azərbaycana gələn turist sayında da ciddi azalma qeydə alındı.

Rəsmi rəqəmlərə görə, 2020-ci ildə ölkəyə 796 minə yaxın xarici vətəndaş səfər edib. Bu, 2019-cu illə müqayisədə dörd dəfə azalma deməkdir.

Səfər edən turistlərin azlığı ölkəyə axan turizm gəlirlərini də ciddi ölçüdə azaldıb. Əgər 2019-cu ildə Azərbaycana səfər edən turistlər ölkədə 2 milyard 971 milyon manat xərcləmişdisə, ötən il bu vəsait cəmi 415 milyon manata yaxın olub. Yəni, 2020-ci ildə Azərbaycanın əldə etdiyi turizm gəlirləri 7 dəfədən çox azalıb.

Turistlərin sayca azalması ötən il bu sektorda çalışan şirkət və işçi sayını, eləcə də gəlirləri azaldıb.

Daha çox göstər
Back to top button