
Azərbaycanda həbs edilmiş Rusiya vətəndaşı Eduard Dubakovun “VOMA” təşkilatı ilə heç birt əlaqəsi yoxdur. Bunu “VOMA”-nın rəhbəri Vova Vardanov Facebook-da yazıb.
Qeyd edək ki, Dubakov məhkəmədə bildirmişdi, guya bir çox dəfə Qarabağa getmişdir və “VOMA” təlimlərində iştirak etmişdir.
“Dubakov öz ifadələrində deyib ki, “VOMA”-dandır və “VOMA” təlimlərində iştirak etmişdir. Guya biz onu Şuşi və Stepanakertə götürmüşük və gələcək döyüşlərin yerini göstərmişik. Bu absurddur. Biz ən dəhşətli yuxularımızda belə qarşı tərəfin Şuşiyə girməsini və Stepanakertə yaxınlaşmasını görməzdik.
Dubakov bizimlə telefonla danışmışdı, amma Türkiyənin agenti olduğu için ifşa olmaqdan qorxmuşdu və bu səbəbdən də heç bir təlimdə iştirak etməmişdir”,-Vardanov yazdı.
Onun sözlərinə görə, bütün bu “VOMA”-ya qarşı türklərin növbəti təbliğatıdır, çünki onlar “VOMA”-da böyük, real və pantürkizm və panislamizm üçün təhlükəli güc görürlər.