BaşlıcaEkonomika

Ermənistanda iqtisadi aktivliyin göstəricisi 6 ayda 5% artıb

Ermənistanda iqtisadi aktivliyin göstəricisi 2021-ci ilin ilk yarısındakı nəticələrə görə, yanvar-iyun aylarda 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5% artıb. İyun ayın artımı isə, keçeən ilin iyun ayı ilə müqayiəsədə 8 % təşkil edib. Bu barədə ER Statistika Komitəsindən verilən məlumatlarda deyilir.

Yanvar-iyun aylarında sənaye istehsalının həcmi, 2020-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2,1%, ümumi kənd təsərrüfatı məhsulunun həcmi 6,8%, tikinti həcmi 10,8% artıb.

Ticarət dövriyyəsində yanvar-iyun aylarında artım 8% olub. Xarici ticarət dövriyyəsi həcmlərində cari ilin yanvar-iyun aylarında keçən ilin eyni dövrü ilə müqayisədə 13.4% artım olub.

Yanvar-İyun aylarında Ermənistandan ixracat 23.3%, idxal isə 7.9% artıb.

Daha çox göstər
Back to top button