Başlıcaİctimaiyyət

“Gənc ailələr üçün əlverişli mənzil” dövlət proqramına verilən məbləğ davaml; olaraq artacaq

Bu günə qədər “Gənc ailələr üçün əlverişli mənzil” dövlət hədəf proqramı çərçivəsində 6063 ailə mənzil alıb. Bu barədə Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyindən məlumat verilib.

Ermənistanda bir çox mənzil proqramları həyata keçirilir. Proqram çərmivəsində hüquqi, maliyyə və təşkilati mexanizmlərin tətbiqi ilə yaxşılaşdırılmış mənzil şəraitinə ehtiyacı olan ailələrə dövlət dəstəyi verilir. Bu təşəbbüslərdən biri də ER Hökuməti tərəfindən 2010-cu ildə təsdiqlənmiş “Gənc ailələr üçün əlverişli mənzil” dövlət proqramıdır.

Təhsil, Elm, mədəniyyət bə İdman Nazirliyinin nümayəndəsi bildirdi ki, dövlət subsidiyalarının həcmi və faydalananların sayı davamlı olaraq artdı və 2019-cu ildə maksimuma çatdı (1196).

İpoteka krediti ən azı 10 il ödəmə müddəti ilə verilir, subsidiya verilmədən ilkin bazarda maksimum 7,5%, ikinci bazarda isə maksimum 9,5%.

Təhsil,Elm, Mədəniyyət və İdman Nazirliyinin Gənclər Siyasəti və Əlavə Davamlı Təhsil şöbəsi müdirinin sözlərinə görə, proqrama ayrılan maliyyə mənbələri artmağa davam edəcək, beləliklə dövlət gənc ailələr üçün əlverişli mənzillərlə təmin etmək öhdəliyini davamlı olaraq yerinə yetirəcək.

“2021-2024-cü illərdə dövlət tərəfindən substansiya həcmi artmağa davam edəcək. Bu il için 1 milyard 300 milyon dram nəzərdə tutulur, 2022-ci ildə isə 1 milyard 737 milyon 500 min dram ayrılacaq ( təxminən 3.6 milyon ABŞ dolları) , 2023-cü ildə 2 milyard 78 milyon dram (təxminən 4 milyon 242 ABŞ dolları), 2024-cü ildə isə 2 milyard 425 milyon 200 min dram ( təxminən 4.9 milyon ) ayrılacaq”,- deyə o qeyd etdi.

Daha çox göstər
Back to top button