Artsax XİN: Bakı terror siyasəti aparır

Bakı Artsaxa qarşı faktiki olaraq terror siyasəti aparır. Bunu Artsax Respublikasının xarici işlər naziri Davit Babayan NEWS.am ilə söhbətində Azərbaycanın işğalı altında olan erməni Dadivank monastrının ətrafında yaranan vəziyyəti şərh edərkən deyib.
“Azərbaycandan başqa nə gözləmək olar?” Bu adi terrorizmdir və Azərbaycan terrorçu bir dövlətdir”- deyə Babayan qeyd edərək bildirib ki, Bakı uzun illərdir Dağlıq Qarabağın erməni əhalisinə qarşı təcavüzkar siyasət yürüdüb.
“Erməni olan hər şeyi məhv edirlər. Əminliklə demək olar ki, hazırda Azərbaycanın işğal etdiyi ərazilərdəki mədəniyyət və memarlıq abidələrimizin böyük əksəriyyəti sadəcə olaraq məhv edilmişdir”- deyə Artsax XİN rəhbəri vurğulayıb. O həm də qeyd edib ki, azərbaycanlılar Dadivank monastrını fəal şəkildə “albanlaşdırmağa” çalışır. Ancaq orada erməni zəvvarların və din xadimlərinin olması bu siyasətin həyata keçirilməsinə mane olur, çünki bütün bunların saxta olduğu üzə çıxır.