
Azərbaycan axmaq deyil ki, rus sülhməramlıların olduğu bir yerdə yeni hərbi macəraya başlasın. Bunu NEWS.am-ə Artsax XİN başçısı Davit Babayan Artsaxla bağlı yaranmış gərgin vəziyyətə dair yayılan xəbərlərə toxunurkən deyib.
“Bir daha Ermənistan mətbuatına müraciət edərək onlara sakit olmağın lazım olduğunu xatırlatmaq istərdim. Hər şeydən əvvəl, yalnız rəsmi mənbələrə istinad etməlidirlər”,-deyə Babayan qeyd etdi.
O həmçinin vurğuladı ki, qarşı tərəfin məqsədi Artsaxı ermənilərdən təmizləməkdir, amma indi geniş miqyaslı müharibəyə başlamazlar, çünki rus sülhməramlıları oradadır.
Babayanın sözlərinə görə, Azərbaycan axmaq deyil ki, yeni hərbi macəraya başlasın, amma atəşkəsi pozur və bəzi obyektləri hədəfə alır ki, insanlar rus sülhməramlıların onları müdafiə etmədiklərini düşünsünlər.