
Ermənistan, Azərbaycan və Gürcüstan parlament nümayəndə heyətləri Gürcüstanın aparıcı rol oynayacağı problemləri həll etməyə çalışacaqlar. 1tv.ge-yə istinadən qeyd edək ki, bu haqda Gürcüstanda rəsmi səfərdə olan Avropa Şurası Parlament Assambleyasının rəhbəri Rik Dams bəyan edib.
“Hamınız üçün önəmli olan ilk nümunə Gürcüstanın Azərbaycan və Ermənistanla regional mövqeyidir. Hamımız, parlament nümayəndə heyətlərinə parlament diplomatiyası kontekstində qatılarkən təşəbbüs göstərəcəyimizi qəbul edirik.
Azərbaycan, Ermənistan və Gürcüstan parlament nümayəndə heyətləri Gürcüstanın aparıcı rol oynayacağı məsələləri müzakirə edəcəklər və həll etməyə çalışacaqlar” – deyərək Rik Dams qeyd edib.