
Bakının əsas hədəfi Naxicevanla əlaqə yaratmaq üçün Ermənistan ərazisindən keçən dəhliz əldə etməkdir. Bunu Qafqaz İnstitutunun direktoru, politoloq Aleksander İskandaryan jurnalistlərlə görüşü zamanı söylədi.
Onun sözlərinə görə, Azərbaycan Ermənistanın cənubundan dəmir yolunun keçməsini istəyir.
“Bu təxminən 40 km-dir. O dəmir yolu Türkiyəyə çatacaq. Həm də ermənilərin o yola nəzarət etməmələrini istəyirlər. Bakının məqsədi budur. Bununla yanaşı, onu da başa düşmək lazımdır ki, Azərbaycan Ermənistanın iqtisadi inkişafı və Ermənistandan Rusiyaya gedən yolların açılması ilə o qədər də narahat deyil”,-ekspert dedi.