
ER Xarici işlər nazirliyi bəyanat yayıb:
“İyulun 28-də saat 03:40 radələrində Ermənistan Respublikasının suveren ərazisinə mayın 12-dən bəri daxil olan Azərbaycan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan sərhədinin Şimal-Şərqində yerləşən erməni mövqelərinə hücum etdi. Nəticədə yerli döyüşlərə başlandı. İlkin məlumatlara görə, insan tələfatları var.
Azərbaycan tərəfinin qəsdən vəziyyəti gərginləşdirməsi, Azərbaycan silahlı qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisində qeyri-qanuni girməsini Azərbaycan rəhbərliyi bu cür hərəkətlərə Ermənistandan ərazi-tarixi tələblər irəli sürməklə haqq qazandırmasıyla əsaslandırır.
Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməsinə cavab olaraq, Ermənistan Respublikası beynəlxalq hüquq çərçivəsində bütün hərbi-siyasi vasitələrdən istifadə edəcək.
Azərbaycan tərəfinin regional sülh və təhlükəsizlik naminə apardığı hərbi hərəkətləri qəti şəkildə məhkum edirik.
Vəziyyətin gələəck kəskinləşməsinin bütün məsuliyyəti Azərbaycanın hərbi-siyasi rəhbərliyi üzərinə düşür”.