
İyulun 28 -də ER MN inzibati kompleksində MN Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan Ermənistanda akkreditə olunmuş xarici səfirliklərin hərbi attaşelərini qəbul edib.
Görüş zamanı attaşelərə 28 iyul, səhər tezdən bəri Azərbaycan SQ-nın Ermənistan-Azərbaycan sərhədinin Verin Şorja istiqamətində apardığı hərbi əməliyyatlar barədə məlumat verilib.
Hərbi attaşelərə məlumat verilib ki, mövqelərini yaxşılaşdırmaq və gələcək irəliləyiş üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan bölmələri minaatan, qumbaraatan və iri çaplı odlu silahlarla erməni dominant bazasına hücum edib və müvəqqəti olaraq ələ keçirib.
Çox sayda itki verən ER Silahlı Qüvvələrinin bölmələrinin cavab tədbirləri nəticəsində çox sayda itki verən qarşı tərəf başlanğıc mövqelərinə geri çəkilib. L. Ayvazyan qeyd edib ki, ER SQ bölmələri qarşı tərəfinin qarşısını almaq və ya ona cavab vermək üçün bütün lazımi tədbirləri görərək qarşılarına qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirirlər.
Hərbi attaşelərin diqqəti, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan bəri, Azərbaycan tərəfindən silahın istifdaəsi ilə ən böyük təxribatın ER suveren ərazisində olduğuna və yaxın yaşayış məntəqələrinin mülki əhalisi üçün təhlükə yaratdığına yönəldilmişdir.
Qeyd edilib ki, erməni tərəfinin mövqeyi aydın və dəyişməz olaraq qalır: Azərbaycan SQ bölmələri Ermənistan Respublikasının suveren ərazisindən çıxarılmalıdır.
Görüşdə ER İnsan Hüquqları Müdafiəçisinin müavini Artyom Sedrakyan da iştirak edib. Azərbaycan tərəfinin törətdiyi təxribat nəticəsində insan hüquqlarının pozulması ilə bağlı vəziyyət təqdim edilib.