
Genişmiqyaslı müharibə bitdi. Noyabr ayında sona çatdı. Qafqaz İnstitutunun direktoru, politoloq Aleksander İskandaryan bunu jurnalistlərlə görüşündə genişmiqyaslı hərbi əməliyyatların bərpa olunma ehtimalını şərh edərkən söylədi.
Onun sözlərinə görə, münaqişə davam edir, lakin artıq aşağı intensivliklə.
“Azərbaycan prezidenti İlham Əliyev müharibənin nəticələrini götürməyə çalışır. Yəni ermənilərdən mümkün olanı almağa çalışır”,- İskandaryan qeyd etdi.
Üstəlik, ekspert Ermənistana müxtəlif yollarla təzyiq göstərdiklərini qeyd etdi. Birinci yol, rəsmi Yerevana Qarabağ məsələsinin olmadığını, münaqişənin bitdiyini və münaqişədən sonrakı nizamlanmaya keçmə vaxtının gəldiyini söyləməsi ilə təzyiq göstərməkdir.
Politoloqun fikrincə, ikinci yol isə, Ermənistana təzyiq göstərmək üçün bazarlığın bir hissəsi kimi istifadə olunan əsirlərdir.