Düşmənlə qarşılıqlı atışma nəticəsində itkin düşmüş hərbçi tapılıb. Məlumatı “SputnikArmenia” ilə söhbətdə Geğarkunikin icra başçısı Gnel Sanosyan bildirib.
“Son dərəcə ağır vəziyyətdədir, Yerevana köçürülüb”,- deyə Sanosyan qeyd edib.
Onun sözlərinə görə, yaralı hərbçi mövqenin yaxınlığında idi, bu səbəbdən əvvəlcə itkin düşdüyünü düşünüblər.
Sanosyan bildirib ki, daha üç yaralı hərbçi hazırda Yerevanın Mərkəzi Hərbi Hospitalında müalicə alırlar.