Rusiya Müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistanın Müdafiə naziri vəzifəsini ica edən Arşak Karapetyan ilə görüşüb. Bu barədə “İnterfax” öz hərbi-siyasi mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, Karapetyan iyulun 27-da, səhər saatlarında Moskvaya gedib. Danışıqlar ictimaiyyətə açıq deyildi, ona görə də onların mövzuları və təfərrüatları hələ məlum deyil. Qeyd olunur ki, daha əvvəl tərəflər arasında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına həsr olunmuş telefon danışığı olub.