ABŞ kongresmeni Adam Şif Ermənistan-Azərbaycan sərhədində son hadisələrlə bağlı öz narahatlığını bildirdi. O qeyd etdi ki, sərhəddə Azərbaycan tərəfindən atəşkəs pozulması nəticəsində üç erməni hərbi qulluqçu həlak olub, ikisi də yaralandı.
O qeyd edib ki, bu, Azərbaycanın növbəti təcavüzkar və ölümcül əməliyyatıdır və Azərbaycana vəziyyəti gərginləşdirməsinə icazə verilsə, şiddət, ölüm və dağıntı davam edəcəkdir.
“Bunu qəbul etməliyik ki, ABŞ-nın Əliyev rejiminə davamlı dəstəyi nəinki Azərbaycanın təcavüzünə mane olmur, hətta bu ermənilər üçün birbaşa təhdid olur”,- deyə Şif “Facebook” səhifəsində yazıb.
ABŞ Konqresmeni ABŞ Dövlət Departamentini və Dövlət katibi Antoni Blinkeni son 24 saat ərzində baş verən hadisələrə münasibət bildirməyə, atəşkəs razılaşmasının şərtlərini yerinə yetirməsi üçün Azərbaycana təzyiq göstərməyə çağırıb.
“ABŞ insan haqlarını daim pozan və Ermənistanın müstəqilliyinə qarşı təxribat edən Azərbaycana heç vaxt hərbi yardım göstərməməlidir. Azərbaycanı məsuliyyətə cəlb etməyin vaxtıdır”,- deyə Şif yekunlaşdırıb.