Başlıcaİctimaiyyət

Azərbaycan hərçiləri Geğarkunik bölgəsinin kəndlərini hədəfə alıb: ER İHM

Ermənistan İnsan Hüquqları Müdafiəçisi Arman Tatoyan bəyanat yayaraq qeyd edib ki, İHM nümayəndələri 2021-ci iyulun 28-də Geğarkunik bölgəsinin Sotkdan Verin Şorjaya qədər  kəndlər istiqamətində Azərbaycan SQ-nin açdığı atəşi nəticəsində yaralanmış hərbçiləri ziyarət edib.

Qeyd olunub ki, Azərbaycan hərbçiləri erməni mövqelərinə bitişik mülki yaşayış məntəqələrini, Geğarkunik kəndlərini hədəfə alıblar, nəticədə erməni hərbçilər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

“Səfər zamanı yaralı hərbçilərin tibbi sənədləri araşdırıldı, onların sağlamlıq vəziyyətləri xəstəxananın tibb heyəti ilə müzakirə edildi.

Hərbi qulluqçuların sağlamlıq vəziyyəti birbaşa Müdafiəçinin aparatının diqqəti mərkəzindədir.

ER İnsan Hüquqları Müdafiəçisi bir daha qeyd edir ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən atılan atəşlər Ermənistan Respublikasının kəndlərinə, o cümlədən kəndlərin yaxınlığına atılır. Faktlar sübut edir ki, azərbaycanlıların atışmalarının qarşısı yalnız ER Silahlı Qüvvələrinin xalqımızın hüquqlarını, həyatını və dincliyini qoruyan cavab atəşləri sayəsində alına bilər”- deyə bəyanatda deyilir.

Daha çox göstər
Back to top button