
Çərşənbə günü Bakı Ağır Cinayətlər Məhkəməsində iki erməni hərbi əsirin işi üzrə proses davam edib.
Məhkəmə hər iki hərbi əsiri də15 il müddətinə azadlıqdan məhrum etdi.
Qeyd edək ki, Davit Davtyan və Gevorq Sucyana Azərbaycan Cinayət Məcəlləsinin 228 (qanunsuz silah saxlama), 276 (casusluq), 279 (qanunsuz silahlı birləşmələrin yaradılması ) və 318 (dövlət sərhəddindən qanunsuz keçmə) maddələrilə ittiham irəli sürülüb.