BaşlıcaSiyasət

Hökumət iclasında Nikol Paşinyanın çıxışı

Hörmətli həmkarlar və əziz həmvətənlər,

ER hökumətinin və beynəlxalq ictimaiyyətin səylərinə baxmayaraq, Ermənistan-Azərbaycan sərhədi boyunca mövcud olan vəziyyət sabitləşmir. Azərbaycan təcavüzkar ritorikasını və hərəkətlərini davam etdirir. Eyni zamanda, vəziyyətin siyasi və uzun müddətli həllinə yönəlmiş beynəlxalq ictimaiyyətin bütün təklifləri cavabsız qalır.

Məsələn, ATƏT-in Minsk qrupu həmsədrlərinin 13 aprel tarixli bəyanatını bir daha xatırlatmaq istərdim. Onlar tərəfləri ilk fürsətdə həmsədrlərin himayəsi altında yüksək səviyyəli siyasi danışıqlara qayıtmağa çağırırlar. Qeyd etmək istərdim ki, Azərbaycan indiyədək bu çağırışa cavab vermədi, ancaq Ermənistan dəfələrlə təklif olunan formatla danışıqlar prosesinə başlamağa hazır olduğunu bildirmişdir. 

Biz Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu həmsədrlərinin mandatından kənarda olan məsələlər üzrə dialoqa hazır olduğumuzu da bildirmişik. 

Buna baxmayaraq, Azərbaycan bütün hərəkətləri və ritorikası ilə 9 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarını gözdən salmaqla istənilən dialoq fürsətini əngəlləməyə çalışır.

Xüsusilə də, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 8-ci maddəsinə baxmayaraq, Azərbaycanda erməni hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin saxta məhkəmələri davam edilir. Bunun nəticəsində onları uzun illərlə azadlıqdan məhrum edirlər. 

Xüsusilə diqqətəlayiq haldır ki, məhkumların demək olar ki, hamısı 9 noyabrdan sonra sülhməramlıların məsul olduğu ərazilərdən əsir götürülmüşdür. Bu fakta Azərbaycanda sülhməramlılara qarşı aparılan geniş anti-təbliğatla baxsaq və Azərbayucanın bugünədək sülhməramlıların mandatını imzalamadığını nəzarə alsaq, aydın olur ki, bütün bu, sülhməramlılara, yəni Dağlıq Qarabağda sabitliyə və sülhə qarşı törədilən hərəkərlərdir.  

Azərbaycan regional komunikasiyaların açılması məsələsini nüfuzdan salmaq üçün davamlı hərəkətlərə əl atır. Nə noyabrın 9-da imzalanmış bəyanatın 9-cu maddəsində, nə də 11 yanvar tarixli bəyanatda “dəhliz” barədə heç bir forumla və ya ifadə olmadığına, konkret heç bir marşrut vurğulanmadığına baxmayaraq Azərbaycan sözdə bir dəhliz məsələsini qaldırır, konkret istiqamətləri və yolaları qeyd edir.

Əvvəllər dəfələrlə dedim ki, Ermənistan dəhliz məntiqi ilə bağlı hər hansı məsələ müzakirə etmədi, etmir və etməyəcək də. Sözgüdən formulalarla Azərbaycan regional komunikasiyaların açılmasının məsələsinin qarşısını almağa çalışır. Bu nəinki bizim üçün vacib məsələdir, eyni zamanda Hökumətimizin prioritləri arasındadır.

Bizim üçün qətiliklə birmənalıdır ki, regionun bütün komunikasiyaları və iqtisadi komunikasiyalar açılmalıdır. Və Ermənistanın Azərbaycan ərazisi ilə Rusiya, Mərkəzi Asiya, İran İslam Respublikasına komunikasiyalara malik olduğu kimi, Azərbaycanın da Ermənistanın ərazisi ilə komunikasiyası olmalıdır, o cümlədən Naxicevan, Gürcüstan, İran. Bu proqramın həyata keçirilməsi üçün sərhədin müvafiq yerlərdə gömrük nöqtələri yaradılmalıdır, hər iki tərəfdən keçid beynəlxalq səviyyədə dövlətlərarası sərhədlər daxilində, MDB-də qəbul edilmiş qaydalara uyğun olaraq gömrük, sərhəd və digər nəzarət növləri ilə həyata keçirilməlidir. 

Azərbaycanın hərəkətlərinin açıq-aşkar dağıdıcı və nüfuzdan salan bir meyli olduğu növbəti istiqamət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır. Azərbaycanın silahlı qüvvələri nəinki  Ermənistan ərazisində qanunsuz olaraq qalmağa davam edir, söz Sotk, Xoznavar hissəsi haqqındadır, eyni zamanda davamlı olaraq təxribatçı hərəkətlərə əl atırlar, bununla da  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sistemini nüfuzdan salmağa çalışırlar.

Bu proqramı həyata keçirmək üçün təxribatçı hərəkətlərlə paralel olaraq  Azərbaycan Ermənistanı guya təxribatlar törətməkdə ittiham edir. Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatının üzvü olan və cari ilin sentyabr ayından təşkilata sədrlik edəcək Ermənistan KTMT üçün təhlükəsizlik təhdidləri yaratmamaq, müttəfiq ölkələri hərbi əməliyyatlarə cəlb etməmək öhdəliyini anlayaraq, mən Ermənistan Silahlı Qüvvələri tərəfindən hər hansı təxribatçı hərəkəti rəsmi olaraq istisna edirəm. 

Eyni zamanda düşünürəm ki, Azərbaycan ilə bizim arasında qarşılıqlı ittihamların həqiqətini tapmaq üçün mümkün həlllərdən biri Ermənistan-Azərbaycan sərhədinin boyunca KTMT müşahidəçi missiyasının yerləşdirilməsi ola bilər, hansı ki KTMT fəaliyyətinin hüquqi qaydaları ilə nəzərdə tutulur. KTMT çərçivəsində belə missiyanın həyata keçirilməsinin imkansızlıq şəraitində, bizim üçün ATƏT Minsk qrupunun həmsədrliyi daxil olmaqla, digər qəbulolunan beynəlxalq formatlar da ola bilər. 

Hörmətli həmkarlar, əziz həmvətənlər

Yenə vurğulamaq istəyirəm ki, Azərbaycanın sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlanmasına Ermənistanın qarşı olduğunu göstərmək cəhdlərinin həqiqətlə əlaqəsi yoxdur. Əksinə, biz razıyıq. Üstəlik, öz xalqımızdan belə prosesə başlamaq, regionda sabitlik və sülh yaratmaq mandatı almışıq. Hələ mayın 27-də Təhlükəsizlik Şurasının iclasında mən demarkasiya və delimitasiya proseslərinin başlanmasına dair yanaşmalarımızı təqdim etmişəm. Odur ki, Sotk –Xoznavar hissəsində Ermənistan-Azərbaycan sərhəd xəttindən həm Ermənistan, həm də Azərbaycan qoşunlarının geri çəkilməsi, sərhəd boyunca Rusiya Federasiyasının sərhəd qoşunlarının məntəqələrinin yerləşdirilməsi və sərhəd xəttinin monitorinqi, sonra delimitasiya işlərinin başlanması, ona hazır olduğumuzu da dəfələrlə bildirmişik. 

İndiki vəziyyəti nəzərə alaraq, düşünürəm ki, Ermənistan-Azərbaycan sərhədinin boyunca Rusiya sərhəd qoşunlarının mətəqələrinin yerləşdirmə məsələsini nəzərdən keçirmək lazımdır, hansı ki hərbi toqquşmalar riksi olmadan delimitasiya və demarkasiya işlərinin həyata keçirilməsinə imkan verəcək. 

Hər halda, bu məsələni rus tərəfdaşlarımızla müzakirə edəcəyik. 

Hörmətli həmkarlar, əziz həmvətənlər

Ermənistan Respublikasının vətəndaşlarından verilən mandata əsasən, hökumətimiz bölgəmizin  təhlükəsizliyini, sülhü və sabitliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək. Bu prosesləri həyata keçirərkən, hökumətimiz Ermənistan Respublikasının vətəndaşlarından verilən mandata əsasən hərəkət edəcək. 

Təşəkkür edirəm”. 

Daha çox göstər
Back to top button