BaşlıcaSiyasət

Armen Grigoryan Filip Rikerlə telefon danışığı zamanı sərhəddəki vəziyyətə toxunub

ER XİN vəzifəsini icra edən Armen Grigoryan və ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.

ER Xarici işlər naziriliyinin informasiya və ictimai diplomatiya şöbəsindən verilən məlumata görə, Armen Grigoryan iyulun 28-də Ermənistan Respublikasının Geğarkunik bölgəsindəki erməni mövqelərinə qarşı Azərbaycan silahlı qüvvələrinin hücumunu pisləyib. Armen Grigoryan bunu Ermənistanın suverenliyə və ərazi bütövlüyünə qarşı açıq təcavüz adlandırıb.

“Vurğulanıb ki, mayın 12-dən etibarən Azərbaycan tərəfindən Ermənistanın suveren ərazisinə zorla daxil olunması və davamlı təxribatçı əməliyyatlar nəticəsində gərgin vəziyyət yaranıb. Bu vəziyyət Azərbaycan silahlı qüvvələrinin başlanğıc mövqelərinə geri çəkilməsi ilə həll oluna bilər.

Bununla bağlı  ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətin həll olunması və deeskalasiyasının vacibliyini vurğuladı”- deyə qeyd olunub.

Bildirilib ki, tərəflər ATƏT Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması danışıqlarının yenidən başlanmasına əhəmiyyət veriblər.

Tərəflər münaqişənin humanitar nəticələrinə də toxunublar. Bu kontekstdə Armen Grigoryan erməni hərbi əsirlərə və mülki vətəndaşlara qarşı saxta ittihamlarla cinayət işlərinin başlanmasını pisləyib. O qeyd edib ki, Azərbaycan bununla beynəlxalq humanitar hüququ və götürdüyü öhdəlikləri  kobud şəkildə pozur.

Armen Grigoryan və Filip Riker Ermənistan-ABŞ strateji dialoqu çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

Daha çox göstər
Back to top button