
Artsax Respublikasının Xarici işlər nazirliyi Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Şuşi şəhərinə qeyri-qanuni səfərini şərh edib
Bu haqda Artsax Respublikasının Xarici işlər nazirliyi aşağıda təqdim etdiyimiz bir bəyanat yayıb:
“Təkrarən elan edirik ki, 1010-ci ilin sentyabrında Türkiyə və beynəlxalq terrorçuların bir başa iştirakıyla Azərbaycan tərəfindən azğınlaşmış 44 günlük aqressiya nəticəsində Artsax Respublikası ərazilərinin qeyri-qanuni okupasiyasını təstiqləməkdə olan Azərbaycanın cəhdləri icazəverilməzdir.
Beynəlxalq hüquq normaları və qanunsuz güc tətbiqinin leqallaşdırılması qətiyyətlə məhkum olunmalıdır.
Bakının qanunsuz əməllərini qəbuledilən bir norma kimi təqdim etmək siyasətinin parlaq nümunələrindən biri də Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanın müvəqqəti okupasiya olunmuş Şuşi şəhərinə səfəridir.
Digər ölkələrin Azərbaycan rəsmilərinin Artsax Respublikasının işğal olunmuş ərazilərinə səfərlərinin təxribat xarakterli olmasının qəbuledilməzliyini vurğulamağı vacib hesab edirik, çünki bu, beynəlxalq hüququn kobud şəkildə pozulması, sivil dünyaya meydan oxumasıdır.
Azərbaycan-Qarabağ münaqişəsinin hərtərəfli həlli üçün ilkin şərtlər yaratmaq məqsədini daşıyır.
Təkrarən vurğulayırıq ki, Artsax Respublikasının mövqeyi dəyişməzdir. Respublikanın ərazi bütövlüyünün və Artsaxın beynəlxalq hüquqi şəxsiyyətinin bərpası münaqişənin hərtərəfli həlli və bölgədə davamlı sülhün bərqərar olması üçün olduqca zəruri şərtdir”.