
ATƏT Minsk Qrupunun rus həmsdəri dəyişdirilib. Rusiyadan İqor Xovayev həmsədr təyin edilib. Bu vəzifədə İqor Popvu əvəzləyir.
59 yaşlı İqor Xovayevin fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi var, 2015-2020-ci illərdə Rusiyanın Filipindəki səfiri olub.
İqor Popov 2010-cu ildən MQ həmsədri olub.
Dünən ATƏT-in Minsk qrupunun Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliklə əlaqədar yaydığı bəyanat Fransadan Stefani Viskonti, ABŞ-dan Endryu Şofer, Rusiyadan İqor Xovayev adından verilib.