BaşlıcaSiyasət

ATƏT MQ həmsədrləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı bəyanat yayıblar

ATƏT-in Minsk Qrupu həmsədrləri (Fransa-Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Xovayev) bəyanat yayıb:

“ATƏT Minsk qrupunun həmsədrləri Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir.

Həmsədrlər Ermənistanı və Azərbaycanı gerginliyi dərhal azaltmağa, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 noyabr bəyanatı və atəşkəsə dair digər razılaşmalara uyğun olaraq götürdükləri öhdəlikləri tam yerinə yetirməyə çağırıblar.

Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu bir daha təsdiqləyirlər və tərəfləri mümkün qədər tez həmsədrlərin himayəsi altında danışıqlara qayıtmağa çağırır.

Həmsədrlər tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər.

Misnk qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər”.

Daha çox göstər
Back to top button