BaşlıcaSiyasət

Politoloq: “Bu kontekstdə Meğri yolunun Azərbaycan üçün əhəmiyyəti nəzərə alınmalıdır”

İranın nüvə proqramı fəal şəkildə irəliləyir və o yaxın gələcəkdə reallığa çevriləcək. Qırılmağın yeganə  versiyası böyük müharibə qalır.

Bu haqda politoloq Stepan Danielyan  öz Facebook səhifəsində bölgədəki hadisələrə toxunaraq yazmışdır.

İrana qarşı bəs kim müharibə  edəcək? Sanki bu sualın cavabı aydındır: Türkiyə və Azərbaycan.

 Bu kontekstdə Azərbaycanın davam edən hərbi satınalma və hərbi təlimlərə əlavə olaraq Türkiyə-Azərbaycan hərbi ittifaqının mənası da nəzərə alınmalıdır.

Aydındır ki,  İrana qarşı London-Ankara-Bakı-Tel-Əviv oxu işləyir. Yerli azərbaycanlılar və Xuzistan ərəbləri İrana qarşı istifadə ediləcək və İran öz növbəsində İraqla müharibədə olduğu kimi Türkiyədəki kürdləri də səfərbər etməyə çalışacaqdır.

Bəs İranın müttəfiqləri kim olacaq? Pakistanla bağlı məsələlər var, Çinlə münasibətləri nəzərə alınsa, çətin ki, Çin və Rusiya İranı birbaşa dəstəkləsinlər, dolayısı ilə bəlkə də ola bilər.

Hansı yolla Türkiyə Azərbaycana  qoşun tədarük edəcək.Məhz bu  kontekstlə də  Meğri yolunun Azərbaycan üçün   əhəmiyyəti nəzərə alınmalıdır.

Aydındır ki, bu senarinin həyata keçirilmə ehtimalı  böyükdür, bu aydındır,  bəs ki, haçan, bax bunu  proqnozlaşdırmaq daha çətindir, amma görünür, İranın nüvə proqramı məsələsi sanki,hadisələrin təkamülünü sürətləndirir.

Biz nə edəcəyik? Bu artıq hökumətin qarşısında qoyulması lazım olan bir sualdır. Fərqli senarilər üçün fəaliyyət planları hazırlamaq və müvafiq siyasəti izləmək hökumətin vəzifəsidir.

Bizim vəzifəmizsə  bu mümkün müharibədən uzaq olmaqdır” – deyərək o yazıb.

Daha çox göstər
Back to top button