
Rusiya sülhməramlıları kontongentinin hərbçiləri son bir həftə ərzində Dağlıq Qarabağda 2 mindən çox nəqliyyat vasitəsinin hərəkətini təmin ediblər. Bu barədə RF Müdafiə Nazirliyinin saytında qeyd edilir.
“Rus sülhməramlıları mülki nəqliyyatın təhlükəsizliyini və mülki əhalinin, ərzaq və digər malların Laçın dəhlizindən keçməsini təmin edir”, – məlumatda deyilir.
Bildirilir ki, sülhməramlı kontingentin məsul olduğu bölgədə bu həftə heç bir atəşkəs pozuntusu qeydə alınmayıb.
“Hər gün 200 -dən çox maşın hər iki istiqamətdə müşahidə məntəqələrimizdən keçir. Eyni zamanda hər bir avtomobilə baxış keçirilir, sürücü və sərnişin isə şəxsiyyət sənədlərini təqdim edirlər ”, – deyə sülhməramlı kontingentin nümayəndəsi Leonid Stepanov bildirib.