BaşlıcaSiyasət

Şif ATƏT Minsk Qrupunun artan rolunu və Ermənistan-Amerika münasibətlərinin inkişafını vurğulayıb

ABŞ konqresmeni Adam Şif Azərbaycanın hərbi yardımdan məhrum edilməsi haqqında ABŞ Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsini qələbə hesab edir. “Amerikayi dzayn”a əsasən, konqresmen vurğulayıb ki, Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsi bir neçə mərhələdən keçməlidir. O qeyd edib ki, Senat və Prezident tərəfindən təsdiqlənərsə, gələcək illərdə də saxlanıla bilər.

“Bir qayda olaraq, illər ərzində belə layihələrin Senat tərəfindən təsdiqlənmədiyini gördük, lakin qanun layihəsinin son uğuru üçün mübarizə aparmalıyıq. Bu məzmunla layihə Nümayəndələr Palatası tərəfindən təsdiqlənən ilk qanun layihəsidir”, -deyə konqresmen qeyd edib.

Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyətdən danışan Adam Şif ATƏT-in Minsk qrupunun artan rolunu və Ermənistan-Amerika münasibətlərinin inkişafını vurğulayıb.

“Məncə, insan hüquqlarının pozulduğu, regional təhlükəsizliyi və sülhü təhdid edən ölkəni maliyyələşdirməməliyik. Bundan başqa, Azərbaycan tərəfindən atəşkəsin pozulması sərhəddə narahatlıq doğuran vəziyyət yaradıb. Təəssüf ki, son günlərdə itkilər var”, – deyə o bildirib.

Konqresmen Adam Şif qeyd edib ki, bütün ermənipərəst təşəbbüsləri dəstəkləməyə davam edəcək.

Daha çox göstər
Back to top button