BaşlıcaSiyasət

Azərbaycan Milli Məclisinin deputatı saxlanılıb

Bu gün toxunulmazlığı ləğv edilən Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Səlimov saxlanılıb.

Azərbaycan KİV-inə əsasən, Binəqədi Rayon Məhkəməsi E.Səlimov barəsində həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.

Toplanan material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.

Milli Məclisin bu gün E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.

Daha çox göstər
Back to top button