BaşlıcaSiyasət

Fransanın ER-kı səfiri hərbi əsirlərin doğmalarına: “Əsirlər Ermənistanı sıxışdırmaq üçün istifadə edilməməlidir”

Müharibədən sonra irəli sürülən problemlər  daxilində  dərk edirik ki, əsirlərin geri qaytarılması ən təcili məsələdir. Bu haqda  Fransanın Ermənistandakı səfiri  Conatan Lakot, avqustun 2 -də, ER-da  Fransa səfirliyinin məhbuslarının doğmalarıyla görüşü zamanı qeyd edib.

  “Əsirlərin azad olunması noyabrın 9-da olan bəyannaməyə əsasən nəzərdə tutulmasına baxmayaraq, onların azadlığa buraxılması eləcə də  beynəlxalq  qanun əsasıyla məcburidir.

Son vaxtlar az sayda və olduqca gec də olsa, bir neçə əsirin azadlığa buraxılacağına ümid bəslədik. Hətta az  sayda olsa da kifayət qədər  gec oldu.Ümid edirik ki, bu geri dönüşlər davam edəcəkdir.

Əsirlər Ermənistan üzərinə təzyiq göstərmək üçün istifadə olunmamalıdır. Fransa Prezidenti Makronun da bu mövzuda maraqlı olduğunu qeyd edərək, Fransa hər iki tərəflə danışıqlar aparmaq qabiliyyətini qoruyub saxlayır” – deyərək  səfir qeyd etmişdir.

Fransanın ER-kı səfiri əsirlərin  doğmalarını qəbul etməyə hər zaman hazır olduqlarını və Fransanın bu məsələni dəstəklədiyinə əmin ola biləcəklərini qeyd etdi.

Unudulmamalıdır ki, avqustun 2 -də əsirlərin doğmaları Fransanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyaları təşkil edərək əsirlərin azad edilməsini tələb ediblər.

Daha çox göstər
Back to top button