Ruben Rubinyan: “Azərbaycanın hərəkətləri KTMT-na qarşı istiqamətlənib”

Azərbaycanın hərəkətləri təşkilatın nüfuzuna xələl gətirmək məqsədi ilə KTMT -yə qarşı yönəlib. Belə bir iddianı “Kağakatsiyakan paymanagir”(KP) fraksiyasının deputatı, parlamentin vits sədr müavininə namizəd Ruben Rubinyan irəli sürüb.
“Azərbaycanın KTMT -ni gözdən salmaq niyyətində olduğu aydındır, ümumiyyətlə Azərbaycanın hərəkətləri Rusiyanın sülhməramlı missiyasına və KTMT -yə qarşı yönəlib.
Bizim mövqeyimiz budur ki, əlimizdə olan bütün vasitələrdən istifadə etməliyik. KTMT tərəfdaşları ilə müzakirələri davam edirik” – deyərək Rubinyan bəyan edib.
Ermənistan regional sabitliyin və sülhün tərəfdarıdır. Rubinyan əmin etdi ki, ER regionda vəziyyəti partlatmaq istəmir.
“Biz vəziyyətin deeskalasiyanın siyasi və diplomatik yollarıyla çatmaq istəyirik. Əlbəttə ki, bunun üçün biz öncə KTMT tərəfdaşlarımıza müraciət edirik” – deyərək deputat qeyd edib.