BaşlıcaSiyasət

Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı müzakirələr davam edir: Ruben Rubinyan

Ermənistan Rusiya sərhədçilərinin Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşdirilməsi ilə bağlı Rusiya ilə danışıqlar aparır. Bu barədə ER Parlamentinin sədr müavini Ruben Rubinyan bildirdi.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərini yerləşdirmək təklifinə toxunan Rubinyan qeyd etdi ki, rusiyalı həmkarları ilə müzakirə edirlər.

“Müzakirələr davam edir, hazırda yeni bir şey deyə bilmərəm. Bizim mövqeyimiz çox aydındır, mayın 12-dən etibarən Azərbaycan qoşunlarının hücumu səbəbindən Ermənistan Respublikasının sərhədləri pozuldu, bu yolverilməzdir. Baş nazir Təhlükəsizlik Şurasının iclasında vəziyyəti deeskalyasiyası üçün, hər iki tərəfdən qoşunların çəkilməsini təklif etdi, yalnız bundan sonra demarkasiya haqqında danışmaq mümkün olacaqdı. Bundan əlavə olaraq, Baş nazir Paşinyan son açıqlamasında Rusiya sərhədçilərinin və ya beynəlxalq müşahidəçilərin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı yeni təklif səsləndirildi”,- Rubinyan deyib.

O vurğulayıb ki, Ermənistan Fransa da daxil olmaqla beynəlxalq tərəfdaşlarının dəstəyini yüksək qiymətləndirir.

“Hərəkətlərimiz fərqli vəziyyətlərlə bağlıdır. Xarici siyasətimiz ondan ibarətdir ki, biz bir ölkə ilə münasibətləri başqa bir ölkənin hesabına qurmaq fikrində deyilik”,- deyə Rubinyan qeyd etdi.

Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciət edib-etməyəcəyi sualına toxunaraq o qeyd etdi ki, bu strukturdakı qərarlar konsensusla qəbul olunur.

“Bu o deməkdir ki, müraciət etmək istəyən hər hansı bir ölkə üçün uyğun atmosfe olmalıdır, əks halda bunun heç bir mənası yoxdur. Bundan əlavə, siyasi və xarici siyasətin məqsədəuyğunluğu məsələsi də var”,- Rubinyan deyib.

Daha çox göstər
Back to top button