
Avqustun 4 -də Artsax Respublikasının xarici işlər naziri Davit Babayan Goris şəhərində Ermənistan Ümumi Xeyriyyəçi Birliyi və “Ronak Press”in təşkil etdiyi təlimlərdə iştirak edən bir qrup ermənistanlı, diasporda yaşayan erməni, xarici jurnalistlər, gənclər təşkilatlarının nümayəndələri ilə görüşüb. Bu barədə Artsax Respublikası XİN -in İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı məlumatda bildirilir.
Azərbaycan-Qarabağ münaqişəsinin həlli, Artsaxın xarici siyasəti, regional məsələlərə toxunulub.
Nazir iştirakçıların suallarını cavablandırıb, fikirlərini dinləyib.
Eyni gün, Xİ naziri Goris Dövlət Universitetinin prifesorları və tələbələri ilə də görüşüb, xarici və daxili siyasət və dövlət quruculuğu ilə bağlı mövzular müzakirə edib.
Artsax və Syunikin erməni dövlətçiliyindəki rolu vurğulanıb.