BaşlıcaSiyasət

Azərbaycan ER-a qarşı təcavüzkar siyasətini davam etdirir: Nikol Paşinyan

Avqustun 3-də ER Baş naziri Nikol Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli zabit və şəxsi heyəti ilə görüş zamanı qeyd edib ki, , Ermənistanın ətrafında vəziyyət olduqca gərgindir.

“Birlirsiniz ki, mayın 12-dən etibarən Azərbaycan SQ bölmələri Ermənistan Respublikası sərhədini qanunsuz keçib. Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələrinin bu vəziyyətdən çıxmaq üçün niyə tədbir görmədiyinə dair dəfələrlə tənqidlər səsləndirilib. Bildirmək istəyirəm ki, əvvəldən bizim mövqeyimiz belədir: nə qədər ki, diplomatiya və siyasət yolu ilə vəziyyəti həll etmək imkanı var, biz də o yolla gedəcəyik. Və belə imkan gördüyümüz müddətcə, prosesi bu istiqamətdə aparmalıyıq”,- deyə Nikol Paşinyan qeyd edib.

ER Baş naziri vurğulayıb ki, Azərbaycan təcavüzkar siyasətini davam etdirir, bölgədə və Ermənistanın ətrafında gündəm yaratdığına dair təəssürat yaratmağa çalışır, amma reallıq başqadır, Ermənistanın öz gündəmi var və Ermənistanın beynəlxalq öhdəlikləri çərçivəsində qalmağa davam edəcək.

“Hamı bilməlidir ki, Ermənistan üzərindən dəhlizlə bağlı heç vaxt hər hansı razılaşma olmayıb. Və nəinki Ermənistan Respublikası bu mövzuda nə şifahi, nə də yazılı olaraq heç bir öhdəlik götürməmiş, həm də bu cür cümlələrin verildiyi bütün hallarda öz mövqeyimizi açıq şəkildə ifadə etmişik. Əldə etdiyimiz razılaşmalar, əslində, 9 noyabr və 11 yanvar bəyanatlarında əks olunur”,- deyə ER Baş naziri bildirib.

Daha çox göstər
Back to top button